İran ilə aramızı kim vurmaq istəyir
28 Avqust 2014 Cümə Axşamı 12:33
Vurulmuş pilotsuz təyyarə ilə bağlı məlumatlar dəqiqləşdirilir.
İran səmasında, Natanz nüvə mərkəzi üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarə ilə bağlı məlumatlar dəqiqləşdirilir.
ANS-in araşdırmaları göstərir ki, həmin təyyarənin Azərbaycanın Naxçıvan bölgəsindən qalxdığı barədə iddalar əsassızdır. Bu iddiaları Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə təkzib edib.
Müdafiə Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı açıqlamasında bəyan edib ki, İsrail istehsallı “Hermes 450” tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatlar təxribat xarakterıidir. Onun fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb.
“Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Onu da deyək ki, Azərbaycdan İran münasibətləri son zamanlar nəzərə çarpacaq dərəcədə yaxşılaşıb. Hər iki ölkənin rəsmiləri qarşılıqlı səfərlər ediblər. Azərbaycan prezidentinin İran səfəri də elə İran hökuməti tərfindən yüksək qiymətləndirilib. İran prezidenti Həsən Ruhani şəxsən bu münasibətlərdən məmnun qaldığını bəyan edib. Sentyabrda isə Həsən Ruhanin Azərbaycana səfəri gözlənilir”.
Ehtimal olunurn ki, bu həmin səfər ərəfəsində maraqlı qüvvələrin dövlətlərarası əhval ruhiyyəni pozmasına yönəlib.
ANS olaraq bu mövzunun həm siyasi, həm də hərbi tərflərini araşdırırıq.
DOSTLARINLA PAYLAŞ: