“Azercell” İsveçrə ilə rouminq müqaviləsi bağlayıb
17 Aprel 2009 Cümə 11:45
İndiyə kimi “Azercell Telekom” MMC 73 ölkənin mobil rabitə operatorları ilə 176 GPRS/MMS rouminq sazişi bağlayıb

“Azercell Telekom” MMC ilə İsveçrənin “Orange” operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in İsveçrə ilə birinci rouminq müqaviləsidir.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 73 ölkənin mobil rabitə operatorları ilə 176 GPRS/MMS rouminq sazişi bağlayıb./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar