Dünyanın ən böyük təcili tibbi yardım maşını hazırlanır
26 May 2009 Çərşənbə Axşamı 06:55
Yeni maşınının reanimasiya şöbəsi, cərrahiyyə otağı, rentgen otağı və əczaxanası var

Daha əvvəl dünyanın ən hündür binaları, ən böyük akvariumu, ən böyük qolf meydanı və s. ilə rekorda imza atmış Dubayda indi də dünyanın ən böyük təcili tibbi yardım avtomobili hazırlanır. “Əl-Ərəbiyyə” terlekanalının məluymatına görə, Dubay təcili tibbi yardım mərkəzi avtomobilin 18 metr uzunluqda və 44 yerlik olduğunu bildirib. Mərkəz həmçinin bu avtomobil üçün Ginnesin rekordlar kitabına müraciət olunmadığını, amma bu istiqamətdə addımların atıldığını deyib. Qeyd edək ki, təcili tibbi yardım maşınının helikopter meydançası, həkimlər üçün isə internet və peyk əlaqəsi imkanları var. Bundan başqa maşında reanimasiya şöbəsi, cərrahiyyə otağı, rentgen otağı və əczəxana da var. Yeni təcili tibbi yardım avtomobili üç ay içərisində təhvil veriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar