Tehranda beynəlxalq elektronika sərgisi açılıb
11 Dekabr 2011 Bazar 12:54
Sərgidə 600-dək yerli və xarici şirkət təmsil olunur.
İranın paytaxtı Tehranda 17-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət Sərgisi başlayıb. Sərgidə elektronika və informasiya texnologiyaları sahəsində ən son model elektronik cihazlar nümayiş etdirilir. Sərgidə Çin, Tayvan və bəzi Avropa ölkələrinin istehsalçı şirkətləri təmsil olunur.

Bəzi şirkətlərin nümayəndələri İrana qarşı iqtisadi sanksiyalar tətbiq edildikdən sonra İran şirkətləri ilə əlaqələr qurmağa gəldiklərini bildiriblər. Onlar İrana qarşı sanksiyaların bu ölkənin şirkətləri ilə əməkdaşlıq edən xarici şirkətlərə çox az təsir etdiyini deyirlər.

Tehranda İnformasiya Texnologiyaları sərgisində bu il 600 şirkət iştirak edir. Sərgi 9-13 dekabr tarixində açıq olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar