WhatsApp ilə zəng etmək mümkün olacaq
10 Mart 2015 Çərşənbə Axşamı 11:50
Növbəti dəyişiklikdən sonra populyar proqram WhatsApp ilə zəng etmək mümkün olacaq.
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" tezliklə mobil operatorlara rəqib olacaq.

ANS PRESS-in məlumatına görə, "WhatsApp"ın növbəti yeniliyi "səsli zəng" ilə bağlıdır. Belə ki, istifadəçilər artıq "Skype" və "Viber"dəki kimi "WhatsApp" vasitəsilə də zəng edə biləcəklər. Yeni funksiyadan istifadə etmək əvvəlcə android işlətmə sistemi olan "ağıllı" telefonlarda mümkün olacaq.

Yeni funksiyadan istifadə etmək istəyənlər "WhatsApp"ın rəsmi internet səhifəsindəki "yüklə" düyməsinə basaraq proqramı yükləməlidirlər. "Səsli zəng" iOS və "BalckBerry"lərdə də mükün olacaq, amma Android işlətmə sistemli telefon sahibləri iOS və "BlackBerry"si olanlarla danışa bilməyəcəklər. Bundan başqa, funksiya yeni olduğundan danışıqlarda müəyyən problemlər, danışıq zamanı kəsilmələr də ola bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar