Azərbaycan Dəmir Yolları yeni saytı təqdim olunub
22 İyul 2010 Cümə Axşamı 14:00
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.
QSC-nin sədr müavini Qurban Nəzirov media nümayəndələrini Milli Mətbuatın yaranmasının 135 illik yubileyi münasibətilə təbrik edib. Dəmir yolunda keçirilən islahatlar barədə məlumatlar verib.

"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleymanov bildirib ki, yeni sayt "Ana səhifə", "Rəhbərlik", "Struktur", "Hüquqi sənədlər", "Departamentlər", "Tariximiz", "Dəmir yolunun xəritəsi", "Texniki tərəqqi", "Tarif siyasəti", "Beynəlxalq əməkdaşlıq", "Dəmiryolçu-şəhidlər", "Hərəkət cədvəlləri", "Qatarların sxemi" və digər bölmələrdən ibarətdir.

Yeni saytda Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun saytlarına keçid var.

Bundan başqa yeni saytda "Azərbaysan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Bakı-Tbilisi-Qars", "Şimal-Cənub" beynəlxalq layihələrinin, eləcə də beynəlxalq investisiya layihələrinin reallaşması prosesindəki aktiv iştirakı, cəmiyyətin nizamnaməsi, işğal altında olan dəmir yolu xətləri, gündəlik yeniliklər öz əksini tapıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar