Azercell “Əzizlərim” kampaniyasına başlayıb
14 Aprel 2009 Çərşənbə Axşamı 14:23
Dost-Tanış nömrələri ilə beşqat artıq güzəştlə danışmaq mümkündür

"Azercell” abonentləri öz Dost-Tanış nömrələrinin sayını artırıb onlarla daha çox güzəştlə danışacaqlar. Çünki “Azercell Telekom” MMC bu xidmət üzrə yeni kampaniya keçirir. 13 aprel- 13 oktyabr tarixində keçirilən kampaniya müddətində “Dost-Tanış” xidməti üzrə mövcud olan imkanlar bir qədər də genişləndirilib.

Bu vaxta qədər həmin xidmət çərçivəsində yalnız 1 nömrəni “Dost-Tanış” siyahısına əlavə etmək mümkün idisə, kampaniya müddətində 3 “Azercell” nömrəsini və hətta əlavə olaraq 1 yerli sabit şəbəkə (şəhər) nömrəsini də öz Dost-Tanışları kimi qeyd etmək olar.

6 ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri Dost-Tanış nömrələrlə əvvəlkindən daha da güzəştli şərtlərlə danışa biləcəklər. Bu zaman “Azercell”-ə aid Dost-Tanış nömrələri ilə 1 kontur=5 saniyə, yerli sabit şəbəkə nömrəsi ilə isə 1 kontur=3 saniyə tarifi ilə danışmaq mümkündür.

Kampaniya dövründə seçilən yeni Dost-Tanış nömrələri üçün güzəştli tariflər yalnız 60 gün tətbiq ediləcək. Lakin 6 aylıq kampaniya boyunca abonent yenidən istənilən nömrəni ( ya əvvəlki nömrəni, ya da başqa birisini) Dost-Tanış siyahısına əlavə edib onlarla qeyd edilən güzəştli tariflərlə danışa bilər.

Hər dəfə hansısa nömrəni Dost-Tanış siyahısına salmaq üçün həmin nömrəni SMS mətninə daxil edib 8080 qısa nömrəsinə göndərmək lazımdır. Əgər abonent Dost-Tanış siyahısındakı hər hansı bir nömrənin yerinə başqasını əlavə etmək istəyərsə, onda SMS mətninə əvvəlcə köhnə nömrə, ardınca da yeni nömrəni yazıb 8080 qısa nömrəsinə göndərməlidir. Bu qısa nömrəyə göndərilən bir SMS-in qiyməti 99 konturdur.

Beləliklə, 6 ay ərzində “Azercell” abonentləri 3 Dost-Tanış nömrəsi ilə çox sərfəli tariflərlə - beşqat artıq güzəştlə danışa bilərlər. “Azercell” abonenti olun və Dost-Tanışlarınızın sayını artırın!/ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar