Azərbaycanda ucuz kompüter satılacaq
10 Aprel 2009 Cümə 23:20
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, pilot layihə indilik sadəcə müəllimlər üçün nəzərdə tutulub

Azərbaycanda kompüterlərin güzəştli şərtlərlə satışına başlanır. Rabitə və informasiya texnologiyaları naziri Əli Ababsovun sözlərinə görə, pilot layihə hələlik sadəcə müəllimlər üçün nəzərdə tutulub. Bu mərhələdə “Xalq kompüteri” proqramı təkmilləşdiriləcək və çatışmazlıqlar aradan qaldırılacaq. Bundan sonra digər sosial qruplar məsələn, tələbələr, tibb işçiləri, dövlət qulluqçuları bu güzəştlərdən istifadə biləcəklər: “Əvvəlcə 300, sonra 500, ümumilikdə isə 100 min kompytureni güzəştli şərtlərlə satışı nəzərdə tutulur”.
Proqram çərçivəsində kompüter alanlar onun pulunu 12 aya ödəyəcəklər. Buna görə isə heç bir faiz ödənməyəcək. Ümumiyyətlə, kompüter satılarkən bank prosedurları tələb olunmayacaq. Zəmanətçi kimi Təhsil Nazirliyi çıxış edəcək və pulun ödənməsinə görə bu qurum da məsuliyyət daşıyır. Kompüter almaq üçünsə müəllimin işlədiyi məktəbin direktoruna müraciət etməsi kifayətdir. Bütün məktəblərə paylanacaq müqavilə ilə tanış olan müəllimlər onu elə məktəbdəcə imzalamaqla kompüter almağa sifariş verə bilər. Bunun üçün ilkin ödəniş də tələb olunmur. Kompüteri məktəbə isə "Azərpoçt" Dövlət Müəssisəsi çatdıracaq. Aylıq ödəniş də elə "Azərpoçt"da aparılacaq. Əgər müəllim ödənişi gecikdirsə, onda həmin pul onun maaşından tutulacaq:“Orta məktəb müəllimi də ola bilər, ali məktəb də. 170 minə yaxın müəllim orta məktədbə işləyir” – deyə Təhsil naziri Misir Mərdanov bildirib.
Kompüterlərin qiymətinə gəlincə rəsmilər bəyan edir ki, onlar bazar qiymətindən 25-30 faiz ucuz təklif olunacaq. “Hp” markalı kompüterilərin qiyməti isə növündən və texnik parametlərindən asılı olaraq 500-700 manat arasında dəyişir. “Hp” şirkətinin əməkdaşı Rüfət Hacıəlibəyov bildirib ki, ucuz olmasına baxmayaraq təklif olunan kompüterlərin texniki parametrləri bazarda satılanlardan fərqlənmir. Alınan hər bir kompüter lisenziyalı proqramla təmin olunacaq və üstəlik onu alana 100 saatlıq internet kartı hədiyyə olunacaq. Adi vətəndaşların bundan istifadəsinə isə gələcəkdə baxılacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar