Samsung ən sütrətli wi-fi təqdim edib
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:17
Samsung şirkəti məlumatların wi-fi üzərindən ötürülməsi sürətini əhəmiyyətli dərəcədə artırıb.

ən sütrətli wi-fi

"Samsung" şirkəti sürəti 5 dəfə artıraraq 4,6 Qb/san-yə çatdırmağa nail olub. Bu da 1 saniyədə 575 MB həcmində informasiyanı ötürməyə imkan verəcək. Bundan öncə isə maksimum sürət 866 Mbit/s təşkil edirdi və 1 saniyədə ötürülən məlumatın həcmi 108 Mb idi.

ANS PRESS-in AMEA İnformasiya Texnologiyaları İnstitutunun saytına istinadən verdiyi məlumata görə, router və modemlər 2,4-5 GHz diapazonunda işləyir. Hazırda "Samsung" şirkəti 60 GHz tezlikdə işləmək üçün mövcud problemləri aradan qaldırmışdır.

Şirkət mütəxəssisləri sabit siqnal formalaşdıran modem və antenna hazırlayıblar. Bu yeni standartın geniş istifadəsinə 2015-ci ildən başlanacağı gözlənilir.

“Samsung”dan bildiriblər ki, 60 GHz tezlikdən istifadə edərək real vaxt rejimində yüksək keyfiyyətli "sıxılmamış" video ötürmək mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar