Microsoft Windows 10 əməliyyat sistemini tanıtdı
01 Oktyabr 2014 Çərşənbə 12:08
Microsoft şirkəti yeni Windows 10 əməliyyat sistemi təqdimatı keçirib.

Windows 10 əməliyyat sistemi

Təqdimat mərasimi Kaliforniya ştatının San Fransisko şəhərində baş tutub.

Daha əvvəlki versiya Windows 8.1 idi.

BBC telekanalının verdiyi məlumata görə, şirkətin yeni əməliyyat sistemini Windows 9 deyil, 10 adlandırmaqda məqsədi o qədər də məşhur olmayan protipdən tez bir vaxtda yaxa qurtarmaq olub.

Yeni versiya əvvəlkilərdən daha kefiyyətli və daha möhkəm platformaya malikdir. Şirkət rəhbərliyi bu barədə açıqlama verib. Şirkət rəsmiləri qeyd ediblər ki, yeni əməliyyat sistemi, şəxsi kompüterlərlə yanaşı, smartfonlar üçün də nəzərdə tutulub. Lakin alıcılar Windows 10 əməliyyat sistemini əldə etmək üçün bir müddət gözləməli olacaq. Belə ki, yeni versiyanın 2015-cu ildə satışa çıxarılacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar