106 mindən çox abituriyent ali məktəblərə daxil olmaq üçün ərizə verib
17 May 2012 Cümə Axşamı 11:54
"Elektron ərizə qəbulu" başa çatıb.
2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 106130 abituriyent internetlə “Elektron ərizə “doldurub.
Bu günə olan son məlumata görə, isə həmin abituriyentlərdən 101432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.
TQDK qeyd olunmuş müddətə qədər “Elektron ərizə” doldurmuş, lakin Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
DOSTLARINLA PAYLAŞ: