“iPhone 4G”-nin ilk sahibi Dmitri Medvedev oldu
25 İyun 2010 Cümə 04:05
Şirkət rəsmisi Stiv Cobs Medvedevə ötən gün satışa çıxarılan “iPhone 4G” barədə məlumat verdi.
Amerikada rəsmi səfərdə olan Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev “Apple” şirkətini də ziyarət edib. Şirkət rəsmiləri baş nazirə firmanın iş sistemi və yeni hazırlanan layihələr barədə məlumat verib. Şirkət rəsmisi Stiv Cobs Medvedevə ötən gün satışa çıxarılan “iPhone 4G” barədə məlumat verdi. Cobs daha sonra cihazı Rusiyanın baş nazirinə hədiyyə etdi. Beləcə Dmitri Medvedev dünyada “iPhone 4G” cihazına sahib olan ilk şəxs oldu.

Medvedev daha sonra “Google”, “Twitter” və “Cisci” şirkətlərini də ziyarət etdi. “Twitter”in ofisində Medvedev hesab yaradaraq buraya ilk ismarışını yazıb. Məlumata görə Medvedev http://twitter.com/KremlinRussia səhifəsində “Salam. Mən twitterdəyəm. bu mənim ilk ismarışımdır” – yazıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar