Toyota sabah amerikalılara açıq məktubla müraciət edəcək
31 Yanvar 2010 Bazar 09:25
Məktub iyirmiyə yaxın qəzetdə dərc ediləcək
Yaponiyanın avtomobil istehsalçısı olan Toyota-nın bazar ertəsi iyirmiyə yaxın qəzetdə amerikalılara açıq məktubu dərc ediləcək.

Güman edilir ki, məktubda şirkətə məxsus avtomobillərin qaz pedalında qüsurun olması ilə əlaqədar milyonlarla avtomobilin geri çağırılması izah edəcək.

Qeyd edək ki, şirkət rəhbərliyi baş vermiş hadisə ilə əlaqədar artıq üzr istəyib.

Xatırladaq ki, şirkət avtomobillərin qaz pedallarında yaranmış problemlə əlaqədar ABŞ, Çin və Avropadan milyonlara avtomobilini geri çağırmaq məcburiyyətində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar