"Nokia"nın gəlirləri gözlənildiyindən yaxşı olub
28 Yanvar 2010 Cümə Axşamı 21:15
Nokia şirkətinin ötən il üçün gəliri 12 milyard avro olub
Mobil telefonlar istehsalıçısı “Nokia” şirkəti 2009-cu ilə olan gəlirlərinin həcmini açıqlayıb. Şirkətin verdiyi məlumata görə, "Nokia" ötən il 12 milyard avro gəlir əldə edə bilib. Lakin analitiklər şirkətin gəlirlərinin 11,2 milyard avro olacağını proqnozlaşdırmışdı. Eyni zamanda analitiklərin bu xəbərləri "Nokia"nın aksiyalarının 10 faizə kimi yüksəlməsinə gətirib çıxarıb. Aksiyaların əsas gəlirləri isə bütün proqnozları 0,15-0,24 avro üstələyərək 0,25 avroya çatdırıb.
Şirkətin satışdan gələn gəliri 12 milyad dollar təşkil edib. Qeyd edək ki, 2009-cu il "Nokia" və mobil telefon sənayesi üçün olduqca gərgin il olub, çünki böhran başlayandan alıcılıq qabiliyyəti azalmağa başlayıb. Həmçinin fin şirkəti "Apple" və "Research in Motion" kimi şirkətlərin smartfonları ilə rəqabətdə də az ziyana uğramayıb.
Lakin şirkət 2009-cu ilin sonlarına yaxın smartfonlarının istehsal həcmini 35 faizdən 40 faizə yüksəldə bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: