Motorola satışa çıxarılır
15 İyul 2010 Cümə Axşamı 17:35
Motorolanın törəmə şirkəti 1-1,5 milyard dollara satılacaq.
Mobil telefonların istehsalı ilə məşğul olan Amerikanın “Motorola” şirkəti törəmə şirkətini satmaq qərarına gəlib. Belə ki, hazırda brendin şəbəkə infrastrukturunun istehsalı ilə məşğul olan törəmə şirkətinin satışına dair danışıqlar aparılır.
Danışıqlar əsasən “Nokia”nın “Nokia Siemens Networks” (NSN) törəmə şirkəti və Çinin “Huawei Technologies” şirkəti arasında aparılır. “Financial Times”ın verdiyi məlumata görə, razılaşma 1-1,5 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, satışa çıxarılan törəmə şirkət Amerikanın “Sprint Nextel” aparıcı operatoru və Çinin “China Mobile” mobil operatoru ilə əməkdaşlıq edir.
DOSTLARINLA PAYLAŞ: