Mail.Ru ötən il 55 milyon dollar qazanıb
25 İyun 2010 Cümə 01:25
Mail.Ru portalı bir il ərzində gəlirlərini 61,8 faiz artırıb.
2009-cu ildə Mail.Ru 55,5 milyon dollarlıq qazanc əldə edib. Bu barədə məlumat rəsmi press-relizdə əks olunub. Portalın mədaxili 126,4 milyon dollar təşkil edib.

Mail.Ru 2008-ci ildə 34,3 milyon dollar gəlir götürmüşdü. Beləliklə, bir il ərzində bu göstərici 61,8 faiz artıb.

Ötən ilin iyunundan portal üç yeni ofis açıb. Onlardan ikisi Rusiyada-Kazan və Voronej şəhərlərində, biri isə Almaniyadadır. Hazırda şirkətin ümumilikdə Rusiyada doqquz, xaricdə-Kiyev və Hamburqda isə iki ofisi fəaliyyət göstərir.

Bu ilin fevralında Rusiyanın digər aparıcı internet portalı-“Yandeks” də 2009-cu il üçün maliyyə göstəricilərini açıqlamışcı. Şirkətin dövriyyəsi il ərzində 14 faiz artıb və 278 milyon dollara çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar