Karandaşla işləyən printer
17 Fevral 2010 Çərşənbə 06:35
“Pencil Printer” üstündəki kiçik yuvaya yerləşdirilən karandaşla işləyir
Hoyunq Li adlı ixtiraçı çox maraqlı bir printer hazırlayıb. İndilik yoxlama mərhələsində olan printer öz sahəsində ilkdir. Başqa printerlərdən fərqli olaraq bu cihazda mürəkkəb əvəzinə karandaşdan istifadə olunur. “Pencil Printer” üstündəki kiçik yuvaya yerləşdirilən karandaşla işləyir. Cihazın içində kauçuk pozucu olduğu üçün yazılmış kağızları təmizləmək də mümkündür. Yeni cihazın kütləvi istehsal olunub olunmayacağı hələlik bilinmir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar