İnternet ucuzlayacaqmı?
05 İyun 2009 Cümə 18:00
İltimas Məmmədov: «Qiymətin aşağı olması keyfiyyətə təsir etməməlidir»

Azərbaycanda internet tariflərinin kəskin şəkildə azaldılması ilə bağlı iş aparılır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkədə internetin qiyməti sonuncu dəfə bu ilin əvvəlində aşağı salınsa da, ucuzlaşmaya bir daha nail olmaq üçün provayderlərlə danışıqlar aparılır: «Lakin qiymətin aşağı olması keyfiyyətə təsir etməməlidir. Hazırda internet tarifləri 1 meqabit üçün 40-150 manat arasındadır».

Nazir müavini həmçinin ölkədə 30 provayderin fəaliyyət göstərdiyini, lakin onlara bu xidmət üçün lisenziya verilmədiyini söyləyib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar