İnformasiya texnologiyaları xərcləri artacaq
13 Yanvar 2010 Çərşənbə 14:20
Bu rəqəm ötən illə müqayisədə 8 faiz çoxalacaq
“Forrester Research” tədqiqat şirkətinin yeni hesabatına əsasən bu il dünya informasiya texnologiyalarına (İT) çəkilən xərclər 2009-cu illə müqayisədə 8,1 faiz artacaq. Belə ki, dünya üzrə İT xərclər 1,6 trilyon ABŞ dolları olmalıdır.

“Forrester”in proqnozlarında qeyd olunur ki, Amerika Birləşmiş Ştatlarında informasiya texnologiyaları sahəsinin gəlirləri ötən ilki 8,2 faizlik enmədən sonra cari ildə 6,6 faiz artaraq 568 mlrd. dollar təşkil edəcək.

Xərclərin artmasının isə əsasən proqram təminatı və kompyuter avadanlığı sahələrində müşahidə olunacağı gözlənilir. “Forrester”in hesabatında bu sahələrdən sonra İT xərclərin artımı üzrə İT-konsaltinq xidmətləri sektoru göstərilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar