Honda, Acura MDX avtomobillərini geri çarırıb
26 Yanvar 2010 Çərşənbə Axşamı 13:20
Honda, Acura MDX avtomobillərini geri çarırıb. Buna səbəb avtomobilin təhlükəsizlik yastığının açılmamasıdır.
Yaponiyanın “Honda” avtomobil şirkəti özünün 2007-ci ilin oktyabr ayından 2009-cu ilin 14 noyabrına qədər istehsal etdiyi “Acura MDX” yolsuzluq modelini geri çağırıb. Buna səbəb, avtomobilin salonunun daxili hissəsindən sərnişinləri sürücü ilə birləşdirən vintin istehsal zamanı bərkidilməsində müəyyən problemlərin ola biləcəyidir.

Belə ki, mütəxəssislər hesab edir ki, bu nöqsan maşının qəzaya düşdüyü zaman çox böyük nəticələrə səbəb ola bilər. Qəza zamanı avtomobilin təhlükəsizlik yastığı lazımi səviyyədə açılmaya və ya ümumiyyətlə açılmaya bilər. Təbii ki, bu səbəbdən də sürücünü tam təhlükəsizliyinə də cavab verə bilməz.

Mütəxəssislər hesab edir ki, nöqsan müəyyən edilsə, mütləq aradan qaldırılacaq və təmənnasız olaraq təmir olunacaq.

Qeyd edək ki, bu günə qədər belə nəqsan “Honda Acura MDX” modelli 644 avtomobildə müəyyən edilib. Onlardan yalnız 4-ü həmin zaman çərçivəsində istehsal olunub. Amma bununla belə, “Honda” şirkəti bu model avtomobilin satışını hələ də dayandırmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar