Hamının internetə sürətlə daxil olmaq hüquq var
01 İyul 2010 Cümə Axşamı 21:20
Bu gündən finlərin 1 Mbit/san. hüququ təmin olunmağa başlanır.
Finlandiya internetə genişzolaqlı çıxışın hər bir vətəndaşın ayrılmaz hüququ olan ilk ölkə olub.
BBC-nin verdiyi xəbərə görə, bu gündən etibarən bu ölkənin 5,3 milyon vətəndaşının hər birinin Qlobal Şəbəkəyə saniyədə 1 Mbit sürətlə daxil olmaq hüquq var.
Bu o deməkdir ki, iyulun 1-dən Finlandiyanın bütün telekommunikasiya şirkətləri ölkə əhalisinə ən azı 1 Mbit/saniyyə sürətli genişzolaqlı xətlər təqdim etməlidir.
Xatırladaq ki, hələ cari ilin oktyabr ayında Finlandiya dünya ölkələri arasında ilk dəfə olaraq genişzolaqlı interneti vətəndaşların konstitusiya hüququ elan etmişdi.
Bundan əlavə, hökumət həmçinin 2015-ci ilin sonuna kimi 100 meqabitlik genişzolaqlı çıxışı vətəndaşların qanuni hüququ elan etməyi planlaşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: