"Haker" əməliyyatı
10 Mart 2010 Çərşənbə 19:00
PKK-nın 23 hakeri həbs edilib
Türkiyədə həyata keçirilən əməliyyatlar zamanı internet saytlarına kiber hücumlar təşkil edən 23 nəfər şəxs həbs edilib. İlk dəfə 13 may 2008-ci ildə yaxalanan haker komandasının yenidən yaradılması xəbərindən sonra polis hərəkətə keçib.

Həbs olunan şəxslərin PKK üzvləri olduqları, təşkilatın Qəndil və Avropadakı mərkəzlərindən verilən təlimatlar əsasında işlədikləri bildirilir.

Diyarəbəkir polisinin 5 ay müddətində həyata keçirdiyi izləmələrdən sonra Diyarbəkir, İstanbul, Hatay, Mersin, Adana, İzmirin də daxil olduğu 14 əyalətdə həyata keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb.

"Cold Hack Team" adı ilə 4 müxtəlif sahədə fəaliyyət göstərən dəstə üzvlərindən 5 nəfərinin 18 yaşdan kiçik şəxslər olduğu bildirilir.

Qrup kiber hücumlarını elektron poçt vasitəsi ilə həyata keçirib. “Terroru lənətləyirik. Hamını bir olmağa çağırırıq” başlığı ilə göndərilən e-mail-lərdə PPS formatında olan slaydlar istifadəçinin kompüterini virusla yoluxdurur. Nəticədə əməliyyat sisteminə düşmüş virus qısa zamanda sistemi məhv edir. ANSPRESS
Saytımız xoşunuza gəlirmi?
Bəli
Yox
Sorğu Tarixi : 10.06.2009