HP şirkəti yanvarın 31-də başa çatmış 2010-cu ilin birinci kvartalı üzrə maliyyə nəticələrini açıqlayıb.
Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, HP-nin birinci kvartalı üzrə xalis mənfəəti 31,2 mlrd. dollar təşkil edib, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 8% (və ya kurslarda olan fərqi nəzərə alaraq 5%) çoxdur.
HP “Fortune 500” siyahısında 9-cu yeri tutur. Şirkətin bir səhminə düşən gəlir GAAP üzrə hesablandıqda 0,96 dollardır, ötən il isə bu göstərici 0,75 dollar səviyyəsində olub. GAAP üzrə hesablanmadığı halda şirkətin bir səhminə düşən gəlir 1,10 dollar (ötən il 0,93 dollar).
Şirkətin ümumi maliyyə göstəriciləri aşağıdakı cədvəldə göstərilib:
|
Maliyyə göstəriciləri |
I rüb,
2010 il |
I rüb,
2009 il |
Dinamika |
|
Xalis mənfəət (mlrd. dollar) |
31,2 |
28,8 |
+8% |
|
GAAP üzrə əməliyyat rentabelliyi |
9,6% |
8,7% |
+0,9 bənd |
|
GAAP üzrə xalis mənfəət (mlrd. dollar) |
2,3 |
1,9 |
+25% |
|
1 aksiyaya hesablanan GAAP üzrə mənfəət (dollar) |
0,96 |
0,75 |
+28% |
|
Qeyri-GAAP üzrə əməliyyat rentabelliyi |
11,2% |
10,8% |
+0,4 bənd |
|
Qeyri-GAAP üzrə xalis mənfəət
(mlrd. dollar) |
2,7 |
2,3 |
+17% |
|
1 aksiyaya hesablanan qeyri-GAAP üzrə mənfəət (dollar) |
1,10 |
0,93 |
18% |
Şirkətin gəliri valyuta kurslarının fərqlənməsi nəzərə alınaraq Şimali və Cənubi Amerikada 7% artıb, Yaxın Şərqdə və Afrikada 1% azalıb, Asiya-Sakit okean regionunda isə 19% artıb. Bu ilin birinci kvartalında ABŞ xaricində əldə edilən ümumi gəlir 65% təşkil edib. Bununla yanaşı, BRİC (Braziliya, Rusiya, Hindistan və Çin) regionunda əldə edilən gəlir ötən ilin müvafiq dövrünə nisbətən 41% artıb və şirkətin ümumi gəlirinin 10%-ni təşkil edib.
Xatırladaq ki, HP şirkəti informasiya texnologiyaları sahəsində dünya üzrə liderdir. HP məhsullarından və həllərindən ibarət portfel printerləri, fərdi kompüterləri, proqram təminatını, İT-həlləri və servisləri təqdim edir. Bu isə son istifadəçilərlə yanaşı, şirkətlərə də informasiya texnologiyaları ilə bağlı işləri maksimal asan və rahat görməyə imkan verir. ANSPRESS