Google şirkətinin səhmləri satışa çıxarılacaq
24 Yanvar 2010 Bazar 20:15
Google şirkəti rəhbərliyi bundan 2, 75 milyard dollar gəlir əldə edə biləcək
Nəhəng internet-axtarış sistemi olan "Google”un 10 milyon dəyərində olan səhmləri 5 il müddətinə satışa çıxarılacaq. Səhmlərin əvvəlki satış qiymətlərini nəzərə alsaq, şirkət sahibləri bu satışdan hər biri təxminən 5 milyonluq səhmlər paketindən 2, 75 milyard dollara kimi gəlir əldə edə biləcək.
Bu satış başa çatdıqdan sonra şirkətin rəhbərlərinə daha 47, 7 milyonluq səhmlər qalmış olacaq. İndiki hesablamalarla bu səhmlər 26 milyard dollar dəyərində qiymətləndirilir. Bütün bunlarla yanaşı, dünyanın ən zəngin şəxslərindən hesab olunan “Google”un rəhbərlərinin rəsmi məvacibləri aylıq olaraq 1 dollar həcmində dəyərləndirilir.
"Daily Telegraph" qəzetinin yaydığı məlumata görə, birdəfəyə 10 milyonluq səhmlərin satış planı həyata keçəcəyi təqdirdə şirkət rəhbərlərinin “Google” üzərindəki nəzarəti əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Sazişin şərtlərinə əsasən, qərarlar qəbul edilərkən şirkət rəhbərlərinin səs faizləri 59-dan 48 faizə enmiş olacaq. Şirkətdə 10 faizlik səs hüququna “Google”un icraçı direktoru Erik Şmidt malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: