Azərbaycanda 8,5 milyon mobil rabitə abonenti var
15 İyul 2010 Cümə Axşamı 02:30
Bu il abonentlərin sayı 19 faiz artıb.
2010-cu ilin birinci yarısında rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstəriblər. Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 79,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Mobil telefonları abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19,0 faiz artaraq 8,5 milyona çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar