Amerikalıların ən çox sevdiyi avtomobil - Chevrolet Camaro
14 İyun 2010 Bazar Ertəsi 17:05
"Chevrolet Camaro" bütün rəqiblərini geridə qoyub.
“Chevrolet Camaro” bu ilin 5 ayının göstəriciləri üçün ABŞ-da ən çox satılan avtomobil olub. Belə ki, ötən ilin may ayından bu ilin mayına qədər 100 min ədəd “Chevrolet Camaro” satılıb. Bu, onun rəqiblərinin satış göstəricisindən 20 min ədəd çoxdur. ABŞ avtomobil bazarında bu model idman avtomobillərinin ümumi satışı 45 faiz təşkil edir.
“Chevrolet Camaro” şirkətinin satış marketinqi üzrə meneceri Con Fitspatrikin sözlərinə görə, avtomobilin satışının uğuru alıcıların “Chevrolet Camaro” markasına olan marağı və bağlılığıdır: "Yeni “Camaro” satışa çıxdıqda, “Chevrolet” pərəstişkarlarını və yeni “Camaro” modelini almaq istəyənləri özünə cəlb edəcək. 2010-cu ildə “Camaro” modelini alan alıcıların böyük əksəriyyəti “Chevrolet” avtomobilini ilk dəfə alanlar olub”.
Gələcəkdə şirkət “Chevrolet Camaro” modelinin ABŞ-dan kənarda da satışını təşkil etmək niyyətindədir. Bu ölkələrin arasında artıq Braziliya, Çin, Rusiya və Cənubi Koreya var. Rusiyada avtomobilin satışı bu ilin payız aylarında başlanılacaq.
DOSTLARINLA PAYLAŞ: