1,2 santimetr qalınlıqlı və 680 qram çəkili Apple iPad noutbuk
28 Yanvar 2010 Cümə Axşamı 16:10
“Apple” şirkəti yeni “iPad” planşet kompüterini təqdim edib
Dünyanın tanınmış “Apple” şirkətinin icraçı direktoru Stiv Cobs şirkətin yeni qurğusunu – “iPad” planşet kompüterini ictimaiyyətə təqdim edib. Belə ki, yeni planşet 9,7 düym diaqonallı sensor ekrana malikdir.
“Apple”in istehsal etdiyi 1 qiqahers takt tezlikli A4 prosessoru ilə təchiz olunacaq “iPad” kompüterinin flaş-yaddaş həcmi modeldən asılı olaraq 16-dan 64-qiqabaytadək ola bilər.
Şirkət xüsusi olaraq “iPad” üçün nəzərdə tutulan “iWork” ofis əlavələri paketinin buraxılacağını, eləcə də “iBook” onlayn-kitab mağazasını istifadəyə veriləcəyini bəyan edib.
Qeyd edək ki, 1,2 santimetr qalınlıqlı və 680 qram çəkili yeni qurğu Wi-Fi 802.11n və Bluetooth 2.1 standartlarını dəstəkləmək imkanına malikdir. “Apple”in yeni məhsulunun qiyməti isə 499 dollardan başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: