Rəqqasəlikdən müğənniliyə keçən Sevda hamilədir. O, nə az, nə çox, hamiləliyinin düz 5-ci ayını yaşayır. Müğənni-rəqqasə bu barədə xəbəri hamıdan niyə gizlətdiyinin səbəbini açıqlayıb.
“Bunu bilərəkdən sirr saxlayırdım. Mətbuatın hamilə olduğumdan xəbər tutmasını istəmirdim. Axı bunu efirdə yaymaq nəyə lazımdır. Ailə qurduğumu hələ ki, çox insan bilmir”, - deyə o bildirib.
Lakin ömrünə yeni ömür qatmaq istədiyi bildirən Sevdanın unutduğu bir şey var. Belə ki, müğənni hələ toy etməyib. Övlad sevincini dadmağa tələsən Sevda oğlan uşağı dünyaya gətirəcəyini söyləyib.
“İnşallah oğlan övladı dünyaya gətirəcəyəm. Həyat yoldaşıma gəldikdə isə, o sadə insandır. Şouya heç bir aidiyyatı yoxdur”, - deyə o əlavə edib. ANSPRESS
Rəqqasə Sevda 5 aylıq hamilədir
Müğənni Rəqqasə Sevda 5 aylıq hamilədir Amma o hələ ailə qurmayıb.




Şərhlər