Ən cazibədar aparıcı Günel Hümbətova - özəl fotolar
19 Fevral 2013 Çərşənbə Axşamı 12:53
Günel Hümbətova: Gərək teleaparıcının danışıq qabiliyyəti, intellektual səviyyəsi, cəlbediciliyi və şirinliyi olsun.
“Bu yaxınlarda “İlin ən cazibədar xanımı” mükafatını almışam. Fikrimcə, aparıcı yalnız gözəlliyi ilə diqqət cəlb edə bilməz”. Bu sözləri axşam.az saytına açıqlamasında “Space” telekanalında yayımlanan “Plyus-Minus” verilişinin aparıcısı Günel Hümbətova deyib.

O, efirə çıxan teleaparıcının hansı cəhətlərə malik olması haqda danışarkən bunları bildirib:
“Gərək teleaparıcının danışıq qabiliyyəti, intellektual səviyyəsi, cəlbediciliyi və şirinliyi olsun. Savadsız aparıcını heç bir tamaşaçı qəbul etməz. Mənim fikrimcə, ən savadlı, intelektual səviyyəsi olan gənc aparıcı Leyla Əliyevadır. Afaq Gəncəli də cazibədar aparıcılarımızdandır”.

Hər zaman baxımlı olmağı sevən Günel həmkarlarına ismarıc da yollayıb:
“Efirdə olan hər bir insan zamanla dəyişməlidir. Mən illərlə eyni ampulada veriliş apara bilmərəm. Beş ildir efirdə olan bir xanım aparıcı var. Hələ də yeniyetmə verilişləri aparır. Mən bu cür veriliş apara bilərəm, çünki 21 yaşım var. Səninsə, artıq 26 yaşın olub. Dediyim odur ki, illər keçdikcə aparıcı fərqli formatlara müraciət etməlidir”.

Günel yeni layihələrindən də söz açıb:“Bir çox təkliflər almışam. Amma özümə uyğunu yox idi. İndi canlı efirlə bağlı layihənin üzərində işləyirəm”.












DOSTLARINLA PAYLAŞ:

oyunlar