Arif Quliyevin vəziyyəti qəfil pisləşib
13 Oktyabr 2017 Cümə 10:00
Maşın şou proqramında əsəb gərginliyi keçirən xalq artisti Arif Quliyevin verilişi tərk etdi.
Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu daha bir iştirakçı tərk edib.

Veriliş zamanı xalq artisti Arif Quliyevin vəziyyəti qəfil pisləşib.

Studiyaya dərhal təcili yardım çağırılıb və xalq artistinin əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı məlum olub.

Həkimlərin səyi nəticəsində Arif Quliyevin səhhəti normallaşıb. Xalq artisti xəstəxanadan imtina edərək evə aparılmasını istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar