Şou Biznes

Madonna Fransaya istirahətə yollandı

Məşhur müğənni pop kraliça Madonna istirahət üçün Fransanı seçib.

· Xəbərçi
Madonna Fransaya istirahətə yollandı
Dünyaca məşhur müğənni, "pop kraliça" Madonna istirahətə yollanıb.

ANS PRESS-in məlumatına görə, ifaçı dostları ilə birlikdə dincələn qızı Leon Lurdesə qatılmaq fikrinə düşüb. Ötən günlərdə Kannda təmtərahlı şəkildə doğum gününü qeyd edən Madonna Fransaya yollanıb. Gündən qorunmaq üçün uzun libas geyinən, uzun qol köynək ilə qollarını bağlayan və başına şlyapa qoyan sənətçi qayıq ilə gəzintiyə çıxıb.

Madonna və Leon ilə yanaşı dəniz gəzintisində 17 yaşlı qızın dostları da iştirak ediblər. Övladı ilə maraqlı vaxt keçirən pop ifaçı istirahət zamanı paparazzilərə tuş gəlib.














Şərhlər