“Usta işləyirsə, heç vaxt kənarda dayanıb baxa bilmərəm. Papamın bağının həyətini o ki var rənglədim. Tənbəl insanları xoşlamıram.” – deyə sosial şəbəkə izləyiciləri ilə daima əlaqədə olmağı xoşlayan sənətçi paylaşdığı şəkillərdə qeyd edib.
İdeal bədən quruluşu ilə diqqət çəkən müğənninin şəkilləri pərəstişkarları tərəfindən çox bəyənilsə də, rəylərdə onu qısqananlar da öz reaksiyalarını gizlətməyiblər. Müğənni isə onlara fikir vermədiyini bildirib.
Qeyd edək ki, sənətçi bu yaxınlarda Maldiv adalarına klip çəkilişlərinə yollanmışdı.








Şərhlər