Beyonse və Cey Zi ayrılır
22 İyul 2014 Çərşənbə Axşamı 16:22
Dünyanın ən məşhur cütlüklərindən biri ayrılır. Beyonse və Cey Zi ayrılmağa qərar verib.
Hollivudun məşhur cütlüyü ayrılmağa qərar versələr də bu yaxın zamanda olmayacaq. Onlar dekabr ayına qədər - dünya üzrə “On the run” turnesinə görə evli qalmaq məcburiyyətindədirlər.

Son məlumatlara görə, konsert turnesi olduqca böyük ərazini əhatə edəcək və bütün hazırlıq işləri tamamlanıb. Qərb mediası isə iddia edir ki, sevgililər artıq nişan üzüklərini belə çıxarıblar. Beyonse və Cey Zi rəsmi nigahda olsalar da, ayrı yaşayırlar.

Çaşqınlıq yaradan xəbər isə, mətbuatda Beyonsenin ikinci dəfə hamilə olmasıi ilə bağlı söz-söhbətin yayılmasıdır. Pop ifaçı hələ ki, bu məsələ haqqında açıqlama vermir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar