Aparıcının bacısının toyunda nələr baş verdi?
05 Aprel 2014 Şənbə 13:42
Bacısını gəlin köçürən İlahə xanım xoş günündə göz yaşlarını saxlaya bilməyib.
Ötən gün paytaxt restoranlarından birində teleaparıcı İlahə Nazimqızının bacısı Kəmalə xanımın möhtəşəm toy mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Vüsal adlı bəy ilə ailə həyatı quran xanımın toyunda qohumlarından əlavə olaraq şou biznes nümayəndələrinin əksəriyyəti iştirak ediblər. Vüsalə Əlizadə və Samir Bayramovun aparıcılıq etdiyi gecə olduqca maraqlı anlarla yadda qalıb. Bacısını gəlin köçürən İlahə xanım xoş günündə göz yaşlarını saxlaya bilməyib.

Maraqlı məqamlardan biri isə cütlük nikah masasından qalxdıqdan sonra rəqqasə Fatimənin aparıcılığı ilə xına yaxdı mərasimi olub. Gecədə müğənnilər Elnur Məmmədov, Kərim Abbasov, Səidə Sultan, Emil Bədəlov, Yaşar Yusub, Sevinc Ağaşirinova, əməkdar artist Naina İbrahimova həyat yoldaşı ilə birlikdə, rejissor Nail Naiboğlu, Zöhrab Ağayev, Anar Ağakişiyev və digərləri iştirak ediblər. Maraqlı anlarla dolu olan gecədə ifaçılar bir-bir öz təbriklərini çatdırıblar daha sonra isə sevilən mahnılarını hədiyyə ediblər. Toydan olan maraqlı anları sizə təqdim edirik.



























DOSTLARINLA PAYLAŞ:

oyunlar