Ziyad Səmədzadə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ziyad Səmədzadə Azərbaycan Respublikasında iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib.
1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olub.
Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkib, milli koordinator, iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparıb. ANSPRESS
Ziyad Səmədzadə "Şöhrət" ordeni ilə təltif edilib
Ziyad Səmədzadə iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.




Şərhlər