Ziya Məmmədov: "Sərnişindaşımada bəzi problemlər hələ də həll edilməyib"
29 Yanvar 2011 Şənbə 11:40
Nəqliyyat Nazirliyində Kollegiya iclası keçirilib.
Nəqliyyat Nazirliyində “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2010-cu ilin yekunları və 2011-ci ildə nəzərdə tutulan tədbirlər”ə həsr olunmuş Kollegiya iclası keçirilib. ANS PRESS Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, iclası giriş nitqi ilə Kollegiyanın sədri, Nəqliyyat naziri cənab Ziya Məmmədov açıb.

Nəqliyyat naziri сənab Ziya Məmmədov 2010-cu il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb, 2010-cu ilin yekunları və 2011-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib. Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, "Azəryolservis" Açıq Səhmdar Сəmiyyətinin sədri Cavid Qurbanovun, "Avtonəqliyyatservis" Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran nəqliyyat naziri Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2010-cu ilin yekunlarını qənaətbəxş hesab edib.

Kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar