Zəvvarların ilk qrupu Bakıya çatıb
23 Noyabr 2010 Çərşənbə Axşamı 05:40
Təyyarə ilə qayıdacaq digər zəvvar qruplarının da yaxın üç gün ərzində vətənə dönməsi gözlənilir
Həc ziyarətini başa vuran zəvvarların birinci qurupu artıq bu gecə Bakıya qayıdıb. Geri dönən 207 zəvvar yaxınları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanında alqışlarla qarşılanıb.
Ziyarətdən qayıdan qurupun rəhbəri hacı Cəlil Şahbazov isə təyyarə reyslərinin gecikməsinə aydınlıq gətirib. Ounu sözlərinə görə, həcdən qayıdanların sayının həddindən artıq çox olması Ciddə hava limanınıda izdihama səbəb olub ki, bu da reyslərə öz təsirin göstərib. “Ciddə aeroportu böyükdür. Orda izdiham baş verib və ona görə də belə gecikmələrin olması təbiidir. Həm də Mədinə aeropotu təmirə dayanıb ona görə belə şeylər baş verir”.
Hacı Cəllilin sözlərinə görə təyyarə ilə qayıdacaq digər zəvvar qruplarının da tezliklə Bakıya qayıtması gözlənilir. “Üç qurup qalıb o biri qurupların hər birində isə 210 nəfər olmaqla onlara da bu gün və yaxın üç gün ərzində gələcəklər”.
Qurup rəhbəri onu da əlavə etdi ki, gecikmələrin olmasına belə baxmayaraq təyyarə ilə qayıdacaq zəvvarların noyabırn 25-dək vətənə qayıtması gözlənilir.
DOSTLARINLA PAYLAŞ: