Ölkə

Zəvvarları gətirən avtobus sürücüsü həbs olundu

Qəza nəticəsində yüngül xəsarət alan Asif Babayev məhkəmənin qərarı ilə həbsxanaya göndərilib

· Xəbərçi
Zəvvarları gətirən avtobus sürücüsü həbs olundu
Səudiyyə Ərəbistanından zəvvarları Türkiyə yolu ilə Azərbaycana gətirərkən Sivas vlayəti yaxınlığında qəzaya uğrayan avtobusun sürücüsü həbs olundu. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, qəza nəticəsində yüngül xəsarət alan Asif Babayev məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.

Xatırladaq ki, zəvvarları Türkiyədən keçərək Azərbaycana gətirən avtobus noyabrın 23-də Sivas yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hacı ölüb, 29 nəfər isə yaralanıb.

Şərhlər