Ölkə

Yol polisi sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Sabirabad istiqamətində hərəkət edən sürücülərə xəbərdarlıq edib.

· Xəbərçi
Yol polisi sürücülərə xəbərdarlıq edib
İdarədən APA-ya verilən məlumata görə, Şirvan-Sabirabad yolundakı Kür çayının üzərindən keçən körpüdə təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 10:00-dan 15:00-dək avtovəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, Sabirabad rayonu istiqamətinə getmək üçün Hacıqabul-Padarçöl yolundan, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan-Biləsuvar yolundan istifadə etsinlər. APA

Şərhlər