Yol polisi gecə reydlərinə başlayıb
28 Fevral 2011 Bazar Ertəsi 20:11
Yol hərəkəti qaydalarını pozan 17 sürücü saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi gecə reydlərinə başlayıb. Bu barədə ANS PRESS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən gecə paytaxtın müxtəlif yerlərində həyata keçirilən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozan 17 sürücü saxlanılıb. Həmin şəxslər barəsində inzibati qaydada protokol tərtib edilib.

V. Əsədov qeyd edib ki, reydlərin keçirilməsində məqsəd polisin qanuni tələbinə tabe olmayan, avtomobili sərxoş vəziyyətdə idarə edən və ciddi qayda pozuntusuna yol verən sürücüləri ifşa etməkdir. O, gecə reydlərinin mütəmadi olaraq davam edəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar