Ölkə

Yeni yol çəkilişi tıxac yaratdı

Cəlil Məmmədquluzadə küçəsində nəqliyyatın hərəkəti yarım saat dayanıb.

· Xəbərçi
Yeni yol çəkilişi tıxac yaratdı
Bu gün günorta saat 13:00 radələrində paytaxtın Cəlil Məmmədquluzadə küçəsində böyük tıxac yaranıb. Belə ki, yolun hər 2 tərəfində hərəkət tamamilə dayanıb. Nəticədə bir maşın belə yerindən tərpənə bilməyib. Tıxaca səbəb isə sözügedən küçədə Bakı şəhər İcra Hakimiyyətinin yeni yol çəkilişi ilə bağlı apardığı təmir-tikinti işləri olub.

Onu da qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsindəki bu tıxac yarım saat davam edib. Nəzərə alsaq ki, təmir tikinti işləri hələ davam edir, bu küçədən istifadə edən sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə olunur. ANSPRESS

Şərhlər