Yeni nəsil şəxsiyyət vəsiqələri hazırlanacaq
15 Fevral 2011 Çərşənbə Axşamı 20:43
Vəsiqələr elektron daşıyıcılarla təchiz olunacaq
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri hazırlanacaq. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Nazirlər Kabinetinə 3 ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilərin yerləşdirilməsi müəyyən ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar