Yeni ilin ilk körpəsi Nuran Həmidovadır
02 Yanvar 2011 Bazar 11:45
Yeni il gecəsi 35 azərbaycanlı ailə övlad sahibi olub, 9 milyon vətəndaşın sırasına 19 oğlan, 16 qız da qoşulub
Paytaxt Bakıda 2011-cu ilin ilk uşağı bu il də Şamama Ələsgərova adına 5 saylı doğum evində dünyaya gəlib. 23 yaşlı Aytac Həmidovanın dünyaya gətirdiyi qız uşağı ailənin də ilkidir. Uşağın çəkisi 3 kiloqram 200 qram, boyu 51 sm-dir. Körpəyə anası Nuran adını qoyub. Ana dünyaya gətirdiyi körpənin ilin ilk uşağı olmasının sevindirici hal olduğunu deyib.
Körpənin saat 00.02-də dünyaya gəldiyini deyən 5 saylı doğum evinin mama-ginekoloqu Gülarə Əsgərxanova ananın və körpənin vəziyyəti hal hazırda qənaətbəxş olduğunu bildirib.
Qeyd edək ki, ümumilikdə 2011-ci ilin ilk saatlarından ötən gün günorta saatlarınadək paytaxtın 4 doğum evində 35 uşaq dünyaya gəlib. Onlardan 16-sı qız, 19-u oğlandır.
DOSTLARINLA PAYLAŞ: