Azərbaycanda qış fəsli olsa da hava hələ də mülayim keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın ANS TV-yə verdiyi məlumata görə, bu günlər ərzində hava şəraiti mülayim və yağmursuz keçəcək.
Paytaxtda hava yağmursuz, əsasən dəyişkən buludlu olacaq və mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Dekabrın 31-də isə cənub küləklərinin şimal küləklərilə əvəzlənəcəyi gözlənilir. Temperatur paytaxtda gecə saatlarında +7- +10, gündüz isə +13-+16 dərəcə arasında dəyişəcəyi gözlənilir.
Bölgələrdə də hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləkləri üstünlük təşkil edəcək. Temperatur gecə saatlarında mərkəzi Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 12-16 dərəcə isti təşkil edəcək. Dağlarda gecə saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
"İlkin məlumatlara görə, ehtimal edirik ki, ayın 31-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Şimal küləyi əsəcək”, - deyə Gülşad Məmmədova bildirib.
Yeni il gecəsi hava necə olacaq?
Sinoptiklər yeni ili xoş hava şəraitində qarşılayacağımızı vəd edir




Şərhlər