Yeni il ərəfəsində restoranların qiyməti bahalaşıb
28 Dekabr 2010 Çərşənbə Axşamı 13:15
Şənliklərdə adambaşı xidmət haqqı 50-250 manat olacaq
Artıq Bakının restoran və banket zallarında yeni il şənlikləri təşkil olunur. Yeni ilə hələ bir ay qalmışdan artıq restoranlar və banket zallarının bir çoxu öz proqramlarını təyin ediblər. Əqər 2008-ci ildə Yeni il ərəfəsində restoran və banket zallarının qiyməti orta hesabla 25-30 faiz bahalaşıbsa, indi qiymətlərdə heç bir dəyişiklik müşahidə edilməyib.
Göstəriləcək xidmətin qiyməti orta hesabla hər adambaşına 40-100 manat, dekabr ayının 31 və yanvar ayının 1-də təşkil olunacaq şənliklərdə isə 50-250 manat olacaq. 2008-ci il bayram ərəfəsində həmin rəqəm 30-100 manat, dekabr ayının 31 və yanvar ayının 1-də təşkil olunmuş şənliklərdə isə 100-250 manat olub. Restoranların adminstrasiyası bunun səbəbini əsasən son bir il ərzində bir sıra ərzaq məhsullarının və digər xərclərin artması ilə əlaqələndirirlər.
Yeni il ərəfəsinin məhərrəm ayına ayına təsadüf etməsi isə bir sıra restoran və banket zallarında şənliklərin keçirilməsinin dayandırılmasına səbəb olub. Artıq kollektiv şənliklərin təşkili üçün yerlər demək olar ki məhduddur. Dekabr ayının 31 və yanvar ayının 1-də təşkil olunmuş şənliklərdə iştiral etmək istəyənlər isə indidən sifarişlərini verməlidirlər. Yeni il ərəfəsində restoran və banket zallarında təşkil olunan şənliklər dekabr ayının 24-dən, yeni ildə yanvar ayının 8-nə kimi keçirilir.
DOSTLARINLA PAYLAŞ: