Yeni dövlət standartları təsdiq edilib
17 Fevral 2011 Cümə Axşamı 05:28
“Ət gigiyenasının ümumi prinsipləri” standartı ət gigiyenasının ümumi prinsiplərini müəyyən edir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycan Standartlar İnstitutu tərəfindən təqdim olunmuş yeni dövlət standartlarını təsdiq edib. SMPDK-nın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, standartların tətbiq vaxtı bu il martın 1-dən müəyyən edilib.
AZS 380-2011 “Dizel yanacağı. Texniki şərtlər” standartı neft emalı məhsullarından alınan, yerüstü və gəmi texnikasında, böyük sürətli dizel və qazturbin mühərriklərində istifadə edilən yanacaqlara şamil edilir.
AZS 381-2011 “Avro dizel yanacağı. Texniki şərtlər” standartı dizel mühərriklərində istifadə olunan AVRO dizel yanacaqlarına şamil edilir.
AZS 388-2011 “Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər” standartı etilsiz benzinlə işləyən benzin mühərrikləri ilə təmin olunmuş nəqliyyat vasitələrində motor yanacağı qismində istifadəsi nəzərdə tutulan etilsiz benzinlərə aiddir. Benzində metal birləşməli aşqarların olmasına yol verilmir. Bu standart Requlyar Avro-92, Preimum Avro-95, Cuper Avro-98 (I, II, III çeşidləri) benzin markalarına aiddir.
AZS 443-2011 “Ortadövrlü və azdövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər” standartı ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün neft emalı məhsullarından alınan yanacaqlara aid edilir. İstifadəsinə qəbul olunmuş qaydada icazə verilən depressor aşqarlara yol verilir.
AZS 398-2011 “Pəhriz çörəyi və zənginləşdirilmiş çörək. Ümumi texniki şərtlər” standartı müalicəvi və profilaktik qidalanma üçün nəzərdə tutulan pəhriz çörəyinə və zənginləşdirilmiş çörəyə şamil edilir.
AZS 442-2011 (CAC/GL 52-2003) “Ət gigiyenasının ümumi prinsipləri” standartı ət gigiyenasının ümumi prinsiplərini müəyyən edir.
DOSTLARINLA PAYLAŞ: