Yaxşı işləməyən banklar bağlanacaq
01 Fevral 2011 Çərşənbə Axşamı 21:15
Elman Rüstəmov: "Banklar daha böyük kapitala və aktivlərə malik olmalıdır"
Azərbaycanda yaxşı işləməyən və bank sistemi üçün problem yaradan bankların fəaliyyəti dayandırılacaq. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov son bir ayda 3 bankın fəaliyyətinin dayandırılmasına aydınlıq gətirərkən belə deyib. Mərkəzi Bankın rəhbəri deyib ki, banklar daha böyük kapitala malik olmalıdır.
Bağlanılan bankların çoxdan işə yaramadığını deyən Elman Rüstəmov bildirib ki, onlar çox zəif banklar idi və faktiki olaraq fəaliyyət göstərmirdilər: “Amma biz bunu böhran dövründə etmədik. Çünki bu, maliyyə bazarlarına başqa bir impuls verə bilərdi. O dövr çox həssas dövr idi və bankların bağlanması başqa cür başa düşülə bilərdi. Artıq böhran geridə qalıb. Böhrandan sonrakı dövrdə bankların özlərinin də böyüməyə ehtiyacı var. Banklar daha çox dayanıqlı olmalı, daha böyük kapitala və aktivlərə malik olmalıdır”.
DOSTLARINLA PAYLAŞ: