Ölkə

Yaxın vaxtlarda ekologiyanın dostlarının və düşmənlərinin adları açıqlanacaq

Ölkə ərazisində ekologiyanın qorunmasına dair monitorinqlər aparılacaq.

· Xəbərçi
Yaxın vaxtlarda ekologiyanın dostlarının və düşmənlərinin adları açıqlanacaq
Yaxın vaxtlarda ekologiyanın dostlarının və düşmənlərinin adları ictimaiyyətə məlum olacaq. Belə ki, “EKO-2010” Gənclər Koalisiyasında yaradılan komissiya ekologiyanın qorunmasına dair ölkə ərazisində fəaliyyət göstərən bütün sahələr üzrə sorğular keçirəcək, monitorinqlər aparacaq, nəticələri KİV-lər vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Məqsəd ölkəmizin ərazisində ekoloji vəziyyətin sabitləşdirilməsinə kömək etmək, “Ekologiyanın Dostu” milli mükafatlarının sahiblərini müəyyənləşdirməkdir.

Mükafatlar uğrunda bütün istehsalat sahələrində çalışan hər bir peşə sahibi, hüquqi və fiziki şəxslər, siyasətçilər, sənət adamları, idmançılar və s. iştirak edə bilərlər.

Həmçinin sorğular və monitorinqlər nəticəsində ekologiyamızı korlayanlar, ekoloji qaydalara əməl etməyənlər də müəyyən olunacaq. ANSPRESS

Şərhlər