Yaşayış minimumu 95 manata çatdırıldı
25 Noyabr 2010 Cümə Axşamı 00:15
Yeni qaydalar yanvarın 1-dən qüvvəyə minəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiqləyib. Milli Məclisin qəbul etdiyi qanuna görə, 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilir. Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə də Sərəncam imzalayıb. Nazirlər Kabinetinə tapşırılıb ki, qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar