Ölkə

Yaşar Nurinin bu gün Bakıya qayıtması gözlənilir

Xalq artistinin səhhətindəki problemlər tam aradan qalxmadığından o, martın sonunda yenidən Türkiyəyə qayıdacaq

· Xəbərçi
Yaşar Nurinin bu gün Bakıya qayıtması gözlənilir
Dörd aydan artıqdır, İstanbul “Memorial” xəstəxanasında müalicə olunan Azərbaycanın Xalq artisti, Yaşar Nurinin bu gün vətənə dönməsi gözlənilir. Yaşar Nurinin vətənə gəlişinin əsas məqsədi martın 10-da Akademik Milli dram teatrının təntənəli açılış mərasimində iştirak etməkdir. Yaşar Nuri Bakıya müvəqqəti qayıdır. Xalq artistinin səhhətindəki problemlər tam aradan qalxmadığından o, martın sonunda yenidən Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, Yaşar Nurinin səhhətini nəzarətdə saxlamaq üçün “Memorial” xəstəxananda tibb bacısı da Bakıya gələcək.

Şərhlər